Özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırılıb?

Cəmiyyət Materials 16 May 2026 11:15 (UTC +04:00)
Özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırılıb?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Tibbi Sığortada (İTS) baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırıldığı barədə iddialara aydınlıq gətirilib.

Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir:

"Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər üçün özəl tibb müəssisələrinə göndəriş verilir. Göndərişlərin verilməsi əvvəlki qaydada davam etdirilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada İcbari Tibbi Sığortada (İTS) baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırıldığı barədə iddialar yayılmışdı.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb. Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti