ABŞ-nin yanacaq təchizat sisteminə kiberhücum olub - İranlı hakerlərlər şübhəli bilinir

Dünya xəbərləri Materials 16 May 2026 10:15 (UTC +04:00)
ABŞ-nin yanacaq təchizat sisteminə kiberhücum olub - İranlı hakerlərlər şübhəli bilinir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ rəsmiləri İranlı hakerləri yanacaqdoldurma məntəqələrini benzin və dizellə təchiz edən saxlama çənlərində yanacaq səviyyəsini izləyən sistemlərə kiberhücum həyata keçirməkdə şübhəli bilirlər.

Trend xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, hakerlər onlayn sistemdəki boşluqdan - şifrəli qorunmanın olmamasından sui-istifadə ediblər.

Telekanal bildirir ki, sistemlərə fiziki ziyan vurulmayıb və hakerlər yanacağın faktiki həcmini deyil, onun səviyyəsini göstərən ekran sistemini dəyişdiriblər.

Araşdırma barədə məlumatlandırılmış mənbələr CNN-ə bildiriblər ki, Tehran əvvəllər də bu sistemləri hədəf almağa cəhd göstərdiyi üçün əsas şübhə məhz İranlı hakerlərə yönəlib. Bununla belə, mənbələr xəbərdarlıq ediblər ki, hücumu törədən şəxslərin heç vaxt müəyyən edilməməsi də mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti