Bakı.Trend:
Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında anlaşma memorandumu imzalanıb.
Trend xəbər verir ki, sənədi BDU rektoru Elçin Babayev və AzMİU rektoru Gülçöhrə Məmmədova imzalayıb.
İmzalanma Bakıda keçirilən "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.
Həmçinin WUF13 ilə əlaqədar hazırlanmış “Urban Future – Gələcəyin şəhərləri” adlı kitabın təqdimatı keçirilib.
