Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 15 May 2026 12:27 (UTC +04:00)
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türküstan. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti