Azərbaycanda manatla əmanətlər artır, dollarlaşma səviyyəsi azalır

İqtisadiyyat Materials 15 May 2026 11:02 (UTC +04:00)
Azərbaycanda manatla əmanətlər artır, dollarlaşma səviyyəsi azalır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin I rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəlinə nəzərən 2% azalaraq 37 mlrd. manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, o cümlədən müddətli depozitlər 2% artaraq 16.3 milyard manat, cari depozitlərin həcmi isə 5% azalaraq 20.7 milyard manat təşkil edib. I rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri 20.1 milyard manat təşkil edib. Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.3%, müddətli depozitlərin payı isə 27.7% olub.

I rübün sonuna manatla depozitlər 23.8 milyard manat, xarici valyutada depozitlər isə 13.3 milyard manat ekvivalentində təşkil edib. Hesabat dövrü ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.4 faiz bəndi azalaraq dövrün sonuna 30.4% təşkil edib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi hesabat dövründə dəyişməyib və mart ayında 28% təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti