Azərbaycan banklarının Blumberq ticarət sistemindəki əməliyyatlarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 May 2026 11:21 (UTC +04:00)
Azərbaycan banklarının Blumberq ticarət sistemindəki əməliyyatlarının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Banklararası bazarın təminatsız seqmentində əməliyyat fəallığı müşahidə edilib. I rüb ərzində Blumberq ticarət sistemində banklararası bazar üzrə ümumi həcmi 42.1 milyard manat təşkil edən 1041 əqd bağlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən rüb ilə müqayisədə 3.1 dəfə çoxdur. Bağlanan əqdlərin həcm baxımından 97%-i 1-3 günlük əməliyyatlar hesabına formalaşıb.

“Hesabat dövründə pul bazarının fəaliyyəti bazar iştirakçılarının yüksək əməliyyat fəallığı ilə əlamətdar olub. Qısamüddətli maliyyə resurslarına tələbin aktiv qalması banklararası əməliyyatların intensivliyini artırıb. Həm təminatsız seqmentdə, həm də repo bazarında əməliyyat həcmləri genişlənib”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti