Azərbaycanda nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 May 2026 16:53 (UTC +04:00)
Azərbaycanda nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton və avtomobil nəqliyyatı ilə 2 milyon 705,2 min ton yük daşınıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 863,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 853,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 265,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 265,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 109,9 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 44,3 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 48,8 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 89,4 faizini tranzit yüklər təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti