“Xarıbülbül” festivalı insanlara təkrarolunmaz emosiyalar bəxş edir - Mariinsk teatrının solisti

Cəmiyyət Materials 15 May 2026 16:56 (UTC +04:00)
“Xarıbülbül” festivalı insanlara təkrarolunmaz emosiyalar bəxş edir - Mariinsk teatrının solisti
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada keçirilən “Xarıbülbül” festivalı insanlara təkrarolunmaz emosiyalar bəxş edir.

Bunu Trend-ə festival iştirakçısı, Mariinski Teatrının (Rusiya) solisti Həmid Abdulov deyib.

Sənətçi qeyd edib ki, bir neçə il əvvəl başqa bir mədəni tədbir çərçivəsində Şuşada olub, lakin “Xarıbülbül” festivalında ilk dəfədir ki, çıxış edir.

“Bu torpaqda çıxış etmək mənim üçün böyük şərəfdir. Bu, çox həyəcanlıdır və böyük qürur hissi yaradır. Emosiyalar o qədər çoxdur ki, onları sözlə ifadə etmək çətindir”, – deyə H.Abdulov bildirib.

Müğənninin sözlərinə görə, belə miqyaslı konsertlərdə iştirak sənətçidən maksimum diqqət və peşəkar təcrübə tələb edir.

“Belə çıxışlar sənətçinin bütün musiqi və səhnə təcrübəsini birləşdirir. Operada ifaçının obrazı açması, rola tədricən daxil olması üçün vaxtı olur. Burada isə emosiyanı, xarakteri və enerjini cəmi bir neçə dəqiqə ərzində çatdırmaq lazımdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır düzündə IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. Festival Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

İki gün ərzində Şuşa şəhərinin müxtəlif məkanlarında konsertlər və mədəni tədbirlər keçiriləcək. Festival mədəniyyətlərarası dialoqun inkişafına, musiqi əlaqələrinin möhkəmləndirilməsinə və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti