Bakı WUF13 ərəfəsində gül-çiçəyə bürünüb (FOTOREPORTAJ)

Gündəm Materials 15 May 2026 11:29 (UTC +04:00)
Bakı WUF13 ərəfəsində gül-çiçəyə bürünüb (FOTOREPORTAJ)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Preizdent İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində yeni parklar, istirahət zonaları salınır, yaşıllıq sahələrinin ərazisi artırılır - bir sözlə, paytaxtımız yaşıl məkana çevrilir.

Trend xəbər verir ki, görülən işlər nəticəsində paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Belə ki, yeni yaradılan parklar, istirahət məkanları, piyada zolaqları və digər tədbirlər insanların estetik tərbiyəsində mühüm rol oynayaraq paytaxtımızın turizm imkanlarını daha da genişləndirir.

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ərəfəsində park, istirahər bağları, prospekt və yolların kənarlarında yeni ağaclar, həmişəyaşıl kollar və müxtəlif rəngli güllər əkilir, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir, güllüklərdə güllər daima yenilənir, çəmənliklər təmir edilir, bir sıra yaşayış binalarının eyvanlarına gül dibçəkləri yerləşdirilir.

Görülən bu işlər mühüm beynəlxalq tədbir ərəfəsində şəhərimizi daha da gözəlləşdirir, bu da öz növbəsində sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının zövqünü öxşayır.

Şəhərin müxtəlif ərazilərində çəkilən fotoları təqdim edirik:

Məqalədə:

Xəbər lenti

Xəbər lenti