Azərbaycan qlobal münaqişələr dövründə WUF13-ə ev sahibliyi etməklə bütün dünyaya nümunə olur - BMT

Cəmiyyət Materials 15 May 2026 11:50 (UTC +04:00)
Azərbaycan qlobal münaqişələr dövründə WUF13-ə ev sahibliyi etməklə bütün dünyaya nümunə olur - BMT
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qlobal münaqişələr dövründə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməklə bütün dünyaya nümunə olur.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“WUF13-ə artıq 32 min nəfər qeydiyyatdan keçib. Forum bazar günü başlayır və müzakirələr üçün məkan rolunu oynayır. Dünyanın müxtəlif yerlərində münaqişələrin alovlandığı bir vaxtda Azərbaycanın mənzil təminatı, əlçatanlıq və şəhər planlaşdırılması kimi mövzuların müzakirəsi üçün platforma təqdim etməsi dünya üçün çox yaxşı nümunədir”, – deyə o bildirib.

İ.Qarafuliç bu yaxınlarda diplomatik korpusla birlikdə Qarabağa səfər etdiyini qeyd edib.

“Orada hər şeyin dərindən düşünülməsi və bərpa işlərinin yüksək keyfiyyətlə aparılması çox güclü təəssürat yaradır”, – deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti