Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır

Dünya xəbərləri Materials 15 May 2026 03:57 (UTC +04:00)

Bakı. Trend

Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır.

Trend-in məlumatına görə, bu barədə ERR nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə, missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.

Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti