ABŞ Konqresi Ukraynaya hərbi yardım ayrılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxara bilər

Dünya xəbərləri Materials 14 May 2026 04:35 (UTC +04:00)
ABŞ Konqresi Ukraynaya hərbi yardım ayrılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxara bilər

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatası iyun ayında Demokratlar Partiyasının təşəbbüsü ilə təqdim olunan və Ukraynaya hərbi yardım məqsədilə 1,3 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsinə baxa bilər.

Trend-in məlumatına görə, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazıb.

Bildirilib ki, təxminən bir il əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Qreqori Miks tərəfindən irəli sürülən sənəd çərşənbə günü Palatanın 218 üzvünün dəstəyini əldə edib.

Bu dəstək hazırda Konqresdə müxalifətdə olan Demokratlar Partiyasına qanun layihəsini iyun ayında səsverməyə çıxarmaq imkanı yaradır.

Sənəddə Ukraynaya yardım üçün 1,3 milyard dollar vəsaitin ayrılması ilə yanaşı, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi də əksini tapıb.

Xəbər lenti

Xəbər lenti