Gürcüstandan 74 əcnəbi, o cümlədən azərbaycanlılar deportasiya olunub

Dünya xəbərləri Materials 13 May 2026 13:10 (UTC +04:00)
Gürcüstandan 74 əcnəbi, o cümlədən azərbaycanlılar deportasiya olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanda Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti digər profil strukturlarla əlaqələndirilmiş şəkildə 74 əcnəbini ölkədən deportasiya edib.

Trend bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.

Deportasiya olunanlar arasında 18 dövlətin vətəndaşları var. Bunlar – Azərbaycan, Türkiyə, Hindistan, Pakistan, İran, Rusiya, Belarus, Azərbaycan, Ermənistan, Tacikistan, Özbəkistan, həmçinin bir sıra Afrika və Yaxın Şərq ölkələrindən olan vətəndaşlardır.

Nazirlikdən qeyd edilib ki, deportasiya olunmuş bütün şəxslərin ölkə ərazisinə yenidən daxil olmasına qadağa qoyulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti