Bakı. Trend:
Qlobal xam neft hasilatının 2026-cı ildə gündəlik 3,97 milyon barel azalaraq 78,89 milyon bareldən 74,92 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd edilib.
Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı ilin birinci rübündə qlobal xam neft hasilatının gündəlik 77,06 milyon barel, ikinci rübdə gündəlik 70,05 milyon barel, üçüncü rübdə gündəlik 73,81 milyon barel, dördüncü rübdə isə gündəlik 78,74 milyon barel olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, qurumun 2027-ci il üçün qlobal xam neft üzrə hasilat proqnozu isə gündəlik 80,82 milyon barel təşkil edir. EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal xam neft hasilatının gündəlik 80,17 milyon barel, ikinci rübdə gündəlik 80,27 milyon barel, üçüncü rübdə gündəlik 80,94 milyon barel, dördüncü rübdə isə gündəlik 81,87 milyon barel olacağı proqnozlaşdırılır.
