"Mercedes-Benz" Berlindəki bütün avtomobil salonlarını satıb

Dünya xəbərləri Materials 13 May 2026 00:17 (UTC +04:00)
"Mercedes-Benz" Berlindəki bütün avtomobil salonlarını satıb

Bakı. Trend:

Almaniyanın "Mercedes-Benz" şirkəti Berlindəki bütün salonlarını "Alpha Auto Group"un rəhbəri kanadalı sahibkar Kuldip Billana satıb.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti biznes dairələrindəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, söhbət Almaniyanın paytaxtında təxminən 1500 əməkdaşı olan yeddi filialdan gedir. Eyni zamanda, nəşrin məlumatına görə, Mercedes-Benz digər şəhərlərdə - Hamburq, Münhen, eləcə də Reyn-Rur bölgəsində avtomobil salonlarını satmağı planlaşdırır ki, bu da ümumilikdə 8000 iş yerini təhlükə altına qoya bilər.

Berlindəki mağazalardakı işçilər müqavilə barədə elektron poçt vasitəsilə bildiriş aldılar. Onlara pul kompensasiyası və ya cəmi bir illik iş zəmanəti arasında seçim təklif edildi. Bundan sonra onların mövcud müqavilələri ləğv edilməli və yeniləri imzalanmalıdır.

Xəbər lenti

Xəbər lenti