Nigeriyada silahlı şəxslər 30 nəfəri öldürüblər

Dünya xəbərləri Materials 11 May 2026 17:37 (UTC +04:00)
Nigeriyada silahlı şəxslər 30 nəfəri öldürüblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naməlum silahlı şəxslər Nigeriyanın şimalında magistral yolda pusqu quraraq 30 nəfəri öldürüblər.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Bildirilir ki, silahlılar Maqami və Dansaduarasındakı yolda pusqu qurublar. Onlar mülki şəxslər də daxil olmaqla 30 nəfəri öldürüblər və çox sayda insanı yaralayıblar. Təhlükəsizlik qüvvələri cavab atəşi açaraq atışmada bir neçə silahlını öldürüblər."

Nigeriya təxminən 20 ildir ki, ölkənin şimalında və şimal-şərqində terrorizmlə mübarizə aparır. 2025-ci ilin dekabr ayından bəri ABŞ Nigeriyaya bu problemin həllində kömək edir, bir neçə yüz əsgər, silah və sursat göndərib. Lakin, əsasən Boko Haram qruplaşmasından olan ekstremistlərin hücumları davam edir.

Xəbər lenti

Xəbər lenti