Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün

Siyasət Materials 10 May 2026 12:43 (UTC +04:00)
Ulu Öndərin müasir ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub - Birol Akgün
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün müşavirlərimiz, aidiyyəti qurumlarımız və iş insanlarımızla birlikdə onun məzarını ziyarət etdik.

Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, onun ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub:

"Biz onun Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, xüsusilə 1990-cı illərin çətin günlərində bu xalqın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq istiqamətində göstərdiyi mübarizəni hər zaman ehtiramla xatırlayırıq.

Ulu Öndər yalnız bu ölkənin müstəqilliyinin təmin olunmasında deyil, həm də iqtisadi inkişafı, tərəqqisi və bugünkü müasir Azərbaycanın qurulması baxımından mühüm rol oynayıb. Onun ideyaları və dövlətçilik baxışları hər zaman yolgöstərici olub.

Bizim üçün Türkiyə–Azərbaycan münasibətləri baxımından da Ulu Öndərin “Bir millət, iki dövlət” anlayışı bu gün iki qardaş ölkə arasında mövcud olan mükəmməl münasibətlərin ortaq şüarına çevrilib.

Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun bu xalqa bəxş etdiyi bütün dəyərləri dərin hörmət, rəhmət və minnətdarlıq hissi ilə yad edirik".

Xəbər lenti

Xəbər lenti