Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 9 May 2026 13:45 (UTC +04:00)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 9-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər.

Trend xəbər verir ki, veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xatirəsini ehtiram hissi ilə yad ediblər.

Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri qoyulub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir.

Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Mehdi Hüseynzadənin xatirəsi ehtiramla yad edilib.

Xəbər lenti

Xəbər lenti