"Bank BTB"nin 295 milyon manatlıq aktivi ABB-yə ötürülüb - Abbas İbrahimov

Maliyyə Materials 8 May 2026 11:27 (UTC +04:00)
"Bank BTB"nin 295 milyon manatlıq aktivi ABB-yə ötürülüb - Abbas İbrahimov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“BTB Bank”dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb.

Trend xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ötürülən portfelin böyük hissəsi kreditlərlə bağlıdır.

"Kredit portfelinin böyük hissəsi, yəni 70%-i və ya 80 milyon manatdan çox hissəsi ipoteka kreditləri ilə bağlıdır. Portfelin böyük hissəsinin ötürülməsi yekunlaşıb. Müəyyən hissənin ötürülməsində isə dövlət fondları ilə bağlı proseslərdən qaynaqlanan gecikmələr var. Ümumilikdə 13 min müştəri ilə bağlı 20 min əqd var", - sədr qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti