Şuşada su təchizatı gücləndirilir: Yeni su anbarları inşa edilir

Gündəm Materials 8 May 2026 18:15 (UTC +04:00)
Şuşada su təchizatı gücləndirilir: Yeni su anbarları inşa edilir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Əsas məqsəd su təmizləyici qurğuda təmizlənən suyun əhaliyə fasiləsiz çatdırılmasını təmin etməkdir.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Qarabağ regional Su meliorasiya sistemləri idarəsinin Şuşa şərə sahəsinin mühəndisi Pərviz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə iki ədəd 1000 m3 tutumlu su anbarı mövcuddur:

"Bununla yanaşı, Şuşa şəhərinin içməli su təchizatının daha da gücləndirilməsi məqsədilə yeni anbarların tikintisi nəzərdə tutulur. Hazırda əlavə olaraq iki ədəd 1000 m3 və iki ədəd 500 m3 su anbarı da inşa edilir. Mövcud anbarların ümumi tutumu hazırda Şuşa şəhərinin suya olan tələbatını tam ödəyir. Əhali sayı artdıqca isə yeni tikilən anbarlardan istifadə olunacaq. Şuşa şəhərinin içməli su təminatı əsasən Zarıslı, Nəbilər və Kirs su mənbələrindən götürülən su hesabına həyata keçirilir".

P.Məhərrəmov bildirib ki, su normal şəraitdə şəhərə öz axını ilə daxil olur:

"Bununla yanaşı, Daşaltı çayı üzərində bənd inşa edilib. Həmin bənddə yerləşən nasos stansiyası vasitəsilə su təmizləyici qurğuya ötürülür. Şuşa şəhərinin yenidən qurulması və inkişafı istiqamətində aparılan işlərdə iştirak etməkdən qürur duyuruq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti