Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək

İqtisadiyyat Materials 8 May 2026 11:59 (UTC +04:00)
Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İyun ayında Minskdə Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviç Bakıda keçirilən Belarus Universal Əmtəə Birjasının seminarı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin qeyd edib ki, WUF13-də Belarus yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 2025-ci ildə Belarusun Azərbaycana birbaşa investisiyalarının həcmi 7,922 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici 2024-cü illə müqayisədə 5,618 milyon dollar və ya 3,4 dəfə artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti