Bakı. Trend:
ABŞ cümə axşamı gecə saatlarında Hörmüz boğazı yaxınlığında İrana məxsus iki neft tankerinə hücum etməklə atəşkəsi pozub.
Trend xəbər verir ki, bu barədə İranın Xatəm-əl-Ənbiya Mərkəzi Qərargahının (İran Silahlı Qüvvələrinin əsas əməliyyat və koordinasiya strukturu ) bəyanatında qeyd olunub.
Bəyanata əsasən, buna cavab olaraq İran Silahlı Qüvvələri ABŞ-nin regiondakı hərbi gəmilərinə zərbələr endirib.
Bəyanatda həmçinin qeyd olunur ki, eyni zamanda, bəzi regional ölkələrin əməkdaşlığı ilə Bəndər-Xəmir, Sirik və Qeşm adasının sahilboyu ərazilərində yerləşən mülki məntəqələrə hava hücumları təşkil olunub.
“İran İslam Respublikasının Silahlı Qüvvələri dərhal Hörmüz boğazının şərqində və Çabahar limanının cənubunda yerləşən ABŞ hərbi gəmilərinə qarşı cavab hücumları həyata keçirib və onlara ciddi ziyan vurub”,-deyə mərkəzi qərargahın rəsmi nümayəndəsi deyib.
