ABŞ-də baş verən tornadolar 19 min insanı elektriksiz qoyub

Dünya xəbərləri Materials 7 May 2026 19:38 (UTC +04:00)
ABŞ-də baş verən tornadolar 19 min insanı elektriksiz qoyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatında bir sıra tornadolar baş verib və nəticədə ən azı 17 nəfər xəsarət alıb.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Mayın 5-dən bəri Missisipi ştatında ən azı 14 tornado qeydə alınıb. Şiddətli hava şəraiti mindən çox tikiliyə ziyan vurub, dağıntılarr elektrik xətlərini sıradan çıxarıb və təxminən 19 min insanı elektriksiz qoyub.

Mayın 3-dən 9-dək Missisipi qasırğaya hazırlıq həftəsi elan edilmişdi, tornado mövsümü ştatda iyun ayında başlayır və payızın sonuna qədər davam edir.

Missisipi tornado riski yüksək olan bir bölgədir. Ştatda hər il orta hesabla 30-35 tornado qeydə alınır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti