Bakı. Trend:
Bu ilin 2-ci yarısında ABB Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkənin bazarında fəaliyyətə başlayacaq.
Trend xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Özbəkistan bazarında özəl bir bankın nəzarət səhmlər paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlar müsbət yekunlaşıb:
"Nəzarət səhmlər paketini əldə etmək istədiyimiz bank Özbəkistanın özəl banklarından biridir, adı isə "Davr Bank"dır. Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirməyə nail olsaq, ölkəmizin beynəlxalq bank brendi olan ABB bu ilin ikinci yarısından etibarən Özbəkistan bazarında "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq".
Sədr əlavə edib ki, ABB "Davr Bank"ın 51%-nə sahib olacaq.
