ABŞ cavab olaraq İranın hərbi obyektlərinə zərbə endirib - CENTCOM

Dünya xəbərləri Materials 8 May 2026 02:16 (UTC +04:00)
ABŞ cavab olaraq İranın hərbi obyektlərinə zərbə endirib - CENTCOM
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu Hörmüz boğazından keçən raket esminetslərinə edilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"CENTCOM təhdidləri aradan qaldırıb və ABŞ qüvvələrinə hücumdan məsul olan İran hərbi obyektlərinə, o cümlədən raket və dron buraxılış məntəqələrinə, komandanlıq məntəqələrinə, müşahidə və kəşfiyyat obyektlərinə zərbələr endirib", - deyə bildirilib.

Qeyd edilib ki, Mərkəzi Komandanlıq eskalasiya istəmir, lakin Amerika qüvvələrini müdafiə etməyə hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti