Roma papası bank əməkdaşını özü olduğuna inandıra bilməyib

Dünya xəbərləri Materials 7 May 2026 20:30 (UTC +04:00)
Roma papası bank əməkdaşını özü olduğuna inandıra bilməyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ banklarından birinin texniki dəstək şöbəsinin əməkdaşı Roma Papası XIV Leoya onun həqiqətən Papa olduğuna inanmayaraq bunu zarafat və ya dələduzluq bilib və dəstəyi qoyub.

Trend xəbər verir ki, bu barədə xarici mediya məlumat yayıb.

Hadisə XIV Leonun taxta çıxmasından təxminən iki ay sonra baş verib. Papa bankla əlaqə saxlayaraq telefon nömrəsi və ünvan məlumatlarını yeniləmək istədiyini bildirib. O, özünü dünyəvi adı ilə - Robert Prevo kimi təqdim edib.

Məlumata görə, pontifik bütün təhlükəsizlik suallarını düzgün cavablandırsa da, bank əməkdaşı bunun kifayət etmədiyini deyib və onun şəxsən ABŞ-dəki filiallardan birinə gəlməli olduğunu bildirib.

“Bunu edə bilmərəm. Axı bütün yoxlama suallarını cavablandırdım”, — deyə Papa bildirib. Bundan sonra XIV Leo niyə banka şəxsən gələ bilmədiyini izah etməyə çalışıb və zarafatla “əgər mənim Roma Papası olduğumu desəm, bir şey dəyişəcək?” sualını verib.

Bank əməkdaşı isə dəstəyi asıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti