Xaçmazda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ekoloji aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2026 17:30 (UTC +04:00)
Xaçmazda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ekoloji aksiya keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin könüllü gənclər iştirak ediblər.

Ekoloji tədbir zamanı Xudat–Nabran avtomobil yolunun kənarında 500 ədəd yerli iqlimə uyğun şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması və təbiətə qayğı hissinin təbliğidir. Xaçmaz rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər davam etdiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti