AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər - Nazir

İqtisadiyyat Materials 7 May 2026 11:40 (UTC +04:00)
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər - Nazir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Lepsiq.Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsində iştirak imkanını nəzərdən keçirir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lepsiq şəhərində Azərbaycanın sədrliyi ilə təşkil olunan Beynəlxalq Nəqliyyat Forumunun (ITF) açılışı münasibətilə keçirilən mətbuat konfransından bildirib.

“Biz avropalı tərəfdaşlarla sıx təmasdayıq. AYİB ilə birlikdə layihə üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması davam etdirilir və bu işin sentyabr ayında yekunlaşdırılaraq tərəflərə təqdim olunacağı gözlənilir. Proses müsbət istiqamətdə gedir və ola bilsin ki, layihədə beynəlxalq institutların iştirakını görə bildik”, – deyə R.Nəbiyev bildirib.

O, əlavə edib ki, AYİB-dən başqa, ABŞ də, xüsusilə TRIPP təşəbbüsü çərçivəsində layihəyə maraq göstərir.

“Nəticələrini görəcəyimiz vaxt artıq uzaqda deyil. Dəhlizin infrastrukturunun əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi üzrə işlərin 2030-cu ilədək yekunlaşdırıla biləcəyi gözlənilir”, – deyə nazir vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti