Bakı. Trend:
Hörmüz boğazının ətrafındakı sularda 1,6 minə yaxın tanker və digər gəmi gözləmədədir və onlar boğazdan keçə bilmirlər.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Telekanal bildirib ki, ABŞ Silahlı Qüvvələri hələlik onlardan yalnız ikisinin həmin avkatoriyadan keçidini müşayiət edə bilib.
Qeyd olunur ki, İran-ABŞ-İsrail münaqişəsi başlanandan Hörmüz boğazında 32 gəmiyə hücum olub, nəticədə 10 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Xatırladaq ki, mayın 5-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin “Freedom Project” (Azadlıq Layihəsi) əməliyyatını dayandırmaq qərarına gəldiyini elan edib. Sözügedən əməliyyat İranla bağlı danışıqların uğurla nəticələnə biləcəyi ilə bağlı nikbin xəbərlərin yayılmasına qədər ticarət gəmilərinin ABŞ ordusunun müşayiəti ilə boğazdan təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyırdı.
