Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir (FOTO)

Siyasət Materials 6 May 2026 18:41 (UTC +04:00)
Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə AHİK-dən məlumat verilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.

Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.

Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti