Bakı. Trend:
İranın Ali Lideri Müctəba Xamenei Tehran və Vaşinqton arasında danışıqlarla bağlı bütün məsələlərdən xəbərdardır.
Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
Onun sözlərinə görə, "ali lider bütün məsələlər və müzakirələr üzərində tam nəzarətə malikdir".
İ.Bəqai qeyd edib ki, Müctəba Xamenei "hadisələrin inkişafını qətiyyətlə və müdrikliklə idarə edir və onun icazəsi olmadan heç bir tədbir görülmür".
