Düşənbə su prosesi BMT-nin Fəaliyyət Onilliyi məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır - Səfir

İqtisadiyyat Materials 6 May 2026 19:22 (UTC +04:00)
Düşənbə su prosesi BMT-nin Fəaliyyət Onilliyi məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır - Səfir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Düşənbə Su Prosesi BMT-nin “Dayanıqlı inkişaf naminə su” (2018–2028-ci illər) təşəbbüsü üzrə Beynəlxalq Fəaliyyət Onilliyinin məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, proses Tacikistan Respublikası Hökumətinin təşəbbüsü ilə başladılıb və BMT və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müntəzəm yüksək səviyyəli beynəlxalq konfransların keçirilməsini nəzərdə tutur.

Səfir qeyd edib ki, Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfrans 2–4 dekabr tarixlərində Əbu-Dabidə planlaşdırılan BMT-nin Su Resursları üzrə Qlobal Konfransına hazırlığın əsas mərhələsi kimi qiymətləndirilir, həmçinin 2028-ci ildə yenidən Düşənbədə baş tutacaq növbəti konfransla institusional davamlılığın təmin olunmasının mühüm elementi hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti