Bakı. Trend:
ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Trend xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bunun üçün əsas şərt Yaxın Şərqdə müharibəyə son qoymaq üçün sülh sazişidir.
"Əgər bu razılaşmanı əldə etsək, İrana qarşı sanksiyaları yumşaldacağıq”, - deyə Tramp bildirib.
Amerika lideri daha əvvəl ABŞ-İran münaqişəsinin daha iki-üç həftə davam edə biləcəyini bildirmişdi. O, gələcək proseslərin ya razılığa, ya da qarşıdurmaya hərbi yolla son qoyacağına inanır. Tramp əldə edilən nəticələrin faktiki olaraq ABŞ-ın üstünlüyünü göstərdiyini vurğulayıb.
