Bakı. Trend:
Tehran yaxınlığında bir neçə partlayış və silah səslərinin səsləri İran ordusu tərəfindən aparılan hava hücumundan müdafiə sisteminin (HHM) sınaqları ilə əlaqədardır.
Trend-in məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər verib.
Məlumata əsasən, Tehranın qərbində eşidilən partlayış və silah səsləri hava hücumundan müdafiə sisteminin hərbi sınaqları ilə əlaqədardır.
Qeyd edilib ki, bölgədə hər hansı bir təhlükəsizlik hadisəsi barədə məlumat verilməyib.
