Qana, Panama və Peru Beynəlxalq Nəqliyyat Forumuna qoşulub

Siyasət Materials 7 May 2026 14:17 (UTC +04:00)
Qana, Panama və Peru Beynəlxalq Nəqliyyat Forumuna qoşulub
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

Qana, Panama və Peru rəsmi olaraq Beynəlxalq Nəqliyyat Forumuna (ITF) qoşulublar ki, bu da forumun qlobal genişlənməsində mühüm mərhələ olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lepsiqdə Beynəlxalq Nəqliyyat Forumunda bildirib.

Nəqliyyat Nazirləri Şurası sessiyasının yekunlarına əsasən, o, ITF-in rəqəmsal, əlaqələndirilmiş və insanyönümlü nəqliyyat sistemlərinə sadiqliyini vurğulayıb.

“Nəqliyyat Nazirləri Şurasının sessiyası elə indicə başa çatdı. Sessiya konkret nəticələr verdi və bu nəticələr nəqliyyat sistemlərinin yaxın illərdə necə inkişaf edəcəyini göstərəcək, onlar daha səmərəli, dayanıqlı və insanyönümlü olacaq. Bu nəticələr Azərbaycanın sədrliyi dövründə məqsədyönlü şəkildə aparılmış bir illik işin nəticəsidir və müzakirələrin praktiki icra ilə maksimum uyğunlaşdırılmasına xüsusi diqqət yetirilib”,- deyə R.Nəbiyev bildirib.

Nazirin sözlərinə görə, forumun yeni üzvləri mühüm regional təcrübə və perspektivlər gətirirlər. Qana Qərbi Afrikanın nəqliyyat qovşağı kimi rolunu genişləndirərək dənizə çıxışı olmayan qonşu ölkələrə xidmət göstərmək məqsədilə dəmir yollarına, limanlara və aviasiya infrastrukturuna investisiya yatırır. Panama strateji əhəmiyyət daşıyan Panama kanalı sayəsində beynəlxalq dəniz ticarətində əsas rol oynayır. Peru isə Sakit okean sahilində yerləşən yeni dərin dəniz limanının açılışından sonra Cənubi Afrika ilə Asiyanı birləşdirən logistika dəhlizini inkişaf etdirir.

“Qana, Panama və Perunun qoşulması ITF-in artan qlobal əhəmiyyətini vurğulayır. Bu gün əldə olunan nəticələr aydın mesaj verir: nəqliyyatın gələcəyi rəqəmsal, əlaqələndirilmiş, əlçatan və ən əsası insanyönümlü sistemlərə məxsusdur”,- deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti