Bakı. Trend:
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.
