Azərbaycan və San-Marino energetika sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika Materials 7 May 2026 17:16 (UTC +04:00)
Azərbaycan və San-Marino energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və San-Marino Respublikası arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib.

Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Belə ki, mayın 7-də SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.

Söhbət zamanı qonaqlara SOCAR-ın “yaşıl enerji” gündəliyi, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüşdə tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti