Leypsiqdə Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycanın prioritetləri açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 6 May 2026 20:38 (UTC +04:00)
Leypsiqdə Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycanın prioritetləri açıqlanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycanın prioritetləri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun Azərbaycanın prezidentliyi ilə keçirilən sammiti çərçivəsində açılış mətbuat konfransı və açılış plenar iclasında iştirak etdik.

Ölkəmizin prezidentliyi dövründə müəyyən edilən prioritet istiqamətlər üzrə görülən işlər barədə məlumat verdik.

Bildirdik ki, əsas diqqət nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlib. Bu çərçivədə əlaqəlilik, rəqəmsallaşma və investisiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülüb, inklüzivlik və institusional davamlılıq prinsipləri ön planda saxlanılıb", - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti