Su ehtiyatlarının qorunması Azərbaycan üçün strateji vəzifədir - Riyad Axundzadə

İqtisadiyyat Materials 6 May 2026 17:22 (UTC +04:00)
Su ehtiyatlarının qorunması Azərbaycan üçün strateji vəzifədir - Riyad Axundzadə
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın bir çox ölkəsində olduğu kimi, su ehtiyatları məsələləri Azərbaycanda da hər zaman gündəliyin mühüm hissəsini təşkil edib.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strategiya, beynəlxalq əməkdaşlıq və elm departamentinin rəhbəri Riyad Axundzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, davamlı su təchizatının təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə və onların qorunması Azərbaycan üçün təkcə ekoloji deyil, həm də strateji vəzifədir.

“Hələ 2020-ci ilin aprel ayında Azərbaycan ciddi su streslərinə ən çox məruz qalan ölkələr arasında 18-ci yeri tuturdu. Lakin o vaxtdan bəri biz mühüm transformasiya yolu keçmişik. İlk növbədə, 2020-ci ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarətin bərpasını qeyd etmək istərdim”, - deyə o bildirib.

O qeyd edib ki, bu regionlar xüsusi əhəmiyyət kəsb edir, belə ki, ölkənin daxili su ehtiyatlarının təxminən dörddə birini formalaşdırır.

“Görülən bu tədbirlər su ehtiyatlarının idarə olunmasının səmərəliliyinin artırılmasına və işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafının təmin edilməsinə yönəlib”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti