ABŞ-nin yanacaq-doldurma təyyarəsi həyəcan siqnalı göndərib

Dünya xəbərləri Materials 5 May 2026 21:15 (UTC +04:00)
ABŞ-nin yanacaq-doldurma təyyarəsi həyəcan siqnalı göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135” yanacaqdoldurma təyyarəsi Fars körfəzi üzərində hava məkanında həyəcan siqnalı göndərib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra aviabazasından havaya qalxan təyyarə 7700 həyəcan kodunu ötürüb ki, bu da bortda təcili eniş tələb edən fövqəladə vəziyyətin yarandığını göstərir.

Məlumata görə, təyyarə enişə başlamazdan əvvəl bir müddət dairəvi trayektoriya üzrə uçub.

Nə CENTCOM, nə də Pentaqon hələ ki, sözügedən təyyarə ilə bağlı açıqlama verməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti