Bakı. Trend:
ABŞ-nin "Amazon" şirkəti növbəti üç il ərzində Fransadakı layihələrə 15 milyard avro sərmayə qoymaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə şirkətin Fransa bölməsinin mətbuat xidməti bildirib.
"Bu gün "Amazon" üç il ərzində (2026-2028) Fransaya 15 milyard avrodan çox investisiya qoyduğunu elan edir. Bu, ölkədə bir şirkət tərəfindən edilən ən böyük investisiya olacaq", - deyə açıqlamada bildirilib.
Vəsaitlər yeni logistika mərkəzlərinin tikintisi də daxil olmaqla zəruri infrastrukturun yaradılmasına, eləcə də "Amazon"un bulud xidmətləri və süni intellekt sahəsindəki imkanlarının inkişaf etdirilməsinə sərf olunacaq. Şirkət həmçinin ölkə daxilində daimi əmək müqavilələri ilə 7000 iş yeri yaratmaq niyyətindədir.