Bakı. Trend:
ABŞ Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək məqsədi daşıyan qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.
Bəyanatda bildirilir ki, Vaşinqton Tehrandan hücumları, dəniz minalarının yerləşdirilməsini və rüsumların yığılmasını dayandırmağı tələb edir. Bundan əlavə, ABŞ İrandan minaların sayını və yerini açıqlamağı, onların çıxarılmasına kömək göstərməyi və humanitar dəhlizin yaradılmasını dəstəkləməyi gözləyir.
BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər qətnamə layihəsinin həmmüəllifləridir.
