Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə daha 2-3 həfə uzana bilər, hərçənd onun fikrincə amerikalı hərbçilər hərbi kampaniyanın əsas məqsədlərinə nail olublar.
Trend xəbər verir ki, bu barədə Amerika lideri radioaparıcı Hyü Hyüittə verdiyi müsahibədə danışıb.
“Biz istədiklərimizin böyük hissəsini artıq məhv etmişik, yəqin ki, bizə daha iki, bəlkə də üç həftə lazımdır. Zaman bizim üçün həlledici amil deyil”,- deyə Ağ Ev rəhbəri bildirib.
Tramp əmindir ki, ABŞ ya Tehranla razılaşma əldə edəcək, ya da yekun hərbi qələbə qazanacaq.
“Hər iki halda biz qalib gələcəyik. Ya lazım olan razılaşmanı əldə edəcəyik, ya da hərbi baxımdan asan zəfər çalacağıq. Biz bu baxımdan onsuzda artıq qalibik. Mən bunu milyon dəfə demişəm, digər insanlar da deyiblər. Onların 159 gəmisi var idi, indi isə heç biri də qalmayıb. Hamısı dənizin dibindədir. Bu gün onların qalan kiçik sürətli qayıqlarından səkkizini də məhv etdik”,- deyə o qeyd edib.
