Bakı. Trend:
Mart ayının sonuna olan vəziyyətə görə, Azərbaycanın rezident maliyyə qurumları ( o cümlədən, statistik vahidin ödəniş kartları) tərəfindən buraxılmış "MasterCard" kartları vasitəsilə 84,667 milyon əməliyyat aparılıb, əməliyyatların ümumi məbləği 4,977 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin mart ayı ilə müqayisədə əməliyyatların sayı 19,742 milyon (30,4 faiz) , əməliyyatların məbləği isə 592 milyon manat (13,5 faiz) artıb.
Qeyd edək ki, mart ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ay ilə müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
