"103" Çağrı Mərkəzində yenilənmə aparılır

Cəmiyyət Materials 4 May 2026 13:00 (UTC +04:00)

Bakı. Trend:

"103" Çağrı Mərkəzində yeni proqram təminatının tətbiqi ilə əlaqədar müvəqqəti texniki problemlərin yaranması ehtimal olunur.

Trend xəbər verir ki, 103 Çağrı Mərkəzində yeni proqram təminatının tətbiqi planlaşdırılır.

Məlumata görə, yeni sistemə keçid 5 may 2026-cı il tarixində saat 04:00–04:30 aralığında həyata keçiriləcək.

Bu səbəbdən qeyd olunan vaxt intervalında zənglərin qəbulunda müvəqqəti texniki problemlərin yaranması ehtimal olunur.

Qeyd olunan müddətdə vətəndaşlar 815 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti