Bakı. Trend:
Türkiyənin Malatya vilayətinə bağlı Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə yuvarlanıb.
Trend-in məlumatına görə, ilkin açıqlamalara əsasən, Malatya-Adıyaman magistralında baş verən qəza zamanı dörd nəfər həyatını itirib, 15 nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis, jandarma, tibb işçiləri və yanğınsöndürən briqadalar cəlb olunub.
Malatya valisi Seddar Yavuz bildirib ki, yol-nəqliyyat hadisəsinin səbəbləri araşdırılır.
