ABŞ ordusuna İrana aid katerləri və raket mövqelərini vurmaq əmr olunub

Dünya xəbərləri Materials 4 May 2026 17:08 (UTC +04:00)
ABŞ ordusuna İrana aid katerləri və raket mövqelərini vurmaq əmr olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusuna İranın İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) aid katerləri və raket mövqelərinə zərbələr barədə yeni əmr verilib.

Trend xəbər verir ki, bu barədə Axios nəşrinin müxbiri Barak Ravid yüksək vəzifəli amerikalı rəsmiyə istinadən öz "X" səhifəsində məlumat paylaşıb.

“ABŞ rəsmisi bildirib ki, regiondakı Amerika hərbçiləri üçün güc tətbiqi qaydaları dəyişdirilib və onlara SEPAH-ın sürətli katerləri və ya İranın raket mövqeləri kimi birbaşa təhdidlərə zərbələr endirməyə icazə verilib”, - deyə jurnalist qeyd edib.

Bundan əvvəl Tehran, İrana aid hərbi-dəniz qüvvələrinin ABŞ və İsrail hərbi gəmilərinin Hörmüz boğazından keçidinin qarşısını aldığını bəyan etmişdi. Eyni zamanda İran dövlət mediasında SEPAH-ın ABŞ-a aid hərbi gəmini raketlə vurduğu haqda məlumatlar yayılmışdı. CENTCOM bu iddiaları təkzib edərək, heç bir gəmisinin vurulmadığını bəyan edib. .

Məqalədə:

Xəbər lenti

Xəbər lenti