AİB Azərbaycanın iştirakı ilə makroiqtisadi idarəetmə üzrə layihəni nəzərdən keçirir

Maliyyə Materials 4 May 2026 10:35 (UTC +04:00)
AİB Azərbaycanın iştirakı ilə makroiqtisadi idarəetmə üzrə layihəni nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) "Qafqaz, Mərkəzi Asiya ölkələri və Monqolustanda makroiqtisadi idarəetmə sahəsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın gücləndirilməsi" barədə layihənin həyata keçirilməsi imkanını nəzərdən keçirir.

Trend bu barədə banka istinadən məlumat verir.

Layihənin 1 milyon ABŞ dolları həcmində Texniki Yardım üzrə Xüsusi Fond (Technical Assistance Special Fund) vəsaiti hesabına maliyyələşdiriləcəyi gözlənilir.

Təşəbbüs aşağıdakı ölkələri əhatə edir: Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan.

Hazırkı mərhələdə layihə ilə bağlı əlavə detallar açıqlanmır.

Ümumilikdə, AİB-in 2025-ci ildə Azərbaycan üzrə öhdəliklərinin ümumi həcmi 58,8 milyon ABŞ dolları təşkil edib.

Biliklərin inkişafına, innovasiyalara və katalitik maliyyələşdirməyə yönəlmiş bu strategiya “yaşıl” və şaxələndirilmiş artımın təmin olunmasına, aşağı karbonlu bağlantıların inkişafına, eləcə də yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsinə istiqamətlənib. Sənəd həmçinin Azərbaycanın milli prioritetlərinin daha səmərəli həyata keçirilməsinə, o cümlədən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün ixtisaslı işçi qüvvəsinin inkişafına dəstək verilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti