İtaliya A Seriyasında çempion məlum olub

İdman Materials 4 May 2026 01:54 (UTC +04:00)
İtaliya A Seriyasında çempion məlum olub

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, XXXV turda öz meydanında "Parma"nı 2:0 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl çempionluğunu elan edib. Görüşdə qolları Markus Tyuram və Henrix Mxitaryan vurublar.

Bununla da xallarını 82-yə çatdıran "İnter" sona 3 tur qalmış qızıl medalları təmin edib. Milan təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Napoli"ni (70 xal) 12 xal qabaqlayır.

Xəbər lenti

Xəbər lenti