Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan banklarının ticarət müəssisələri üzrə biznes kredit portfeli 4,222 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 14 milyon manat və ya 0,3% artıb, ötən ilin eyni dövrünə nisbətən isə 26 milyon manat 0,6% azalıb.
Belə ki, ticarət müəssisələri üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 4,208 milyard manat, ötən ilin aprelin 1-nə isə 4,248 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.
